Vakansiyalar

  •  “Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çilçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil,yataq örtükləri və hədiyyə aksessuarları  brendlərinin təmsilçisidir.

    Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.

    Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.

    Şirkət  “İnteryer Dizayner” vəzifəsinə vakansiya elan edir.

    Vəzifə barədə məlumat:

    • Müxtəlif dizayn işlərinin hazırlanması;
    • Kreativ düşüncəli, zövqlü olmalı;
    • Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
    • Şirkətin dizayn tələblərinə uyğun olaraq mağaza dizaynının ideyasının konsepsiyadan təfərrüatlı dizayn mərhələsinə çatdırılmasını təmin etmək;
    • Mağaza təmiri və alternativ vitrin formatları ilə bağlı müxtəlif dizayn formaları hazırlamaq və tətbiq etmək
    • Aparılan işlər üzrə hesabatlar hazırlamaq;
    • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.

     Tələblər:

    • Ali təhsil  (Memarlıq sahəsi üzrə ali təhsilinin olması arzu olunandır)
    • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi arzu olmalı;
    • Proqram bilikləri: - Autocad , Photoshop, 3D max mükəmməl bilməli.
    • SketchUp Pro və Archicad- proqramlarını bilməsi üstünlükdür
    • Dil bilgiləri: Azərbaycan, Rus dillərində yüksək yazılı və şifahi nitq;
    • Zəruri hallarda ölçü götürmək üçün məkana  getməli;
    • Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
    • Stresə davamlılıq, nəticə yönümlülük;
    • Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.

     Şərtlər:

    • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
    • Lyuks brendlərlə çalışmaq imkanı;
    • Həftə ərzində 6 iş günü; Bazar günü – istirahət
    • İş saatı: 10:00-19:00.
    • Əmək haqqı: 1400-1500 AZN

    Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnteryer Dizayner” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    CVniz yükləndi
  •  “Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çilçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil,yataq örtükləri və hədiyyə aksessuarları  brendlərinin təmsilçisidir.

    Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.

    Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.

    Şirkət  “Əməliyyatçı” vəzifəsinə vakansiya elan edir.

     Namizədə dair əsas tələblər:

    • Orta ixtisas (maliyyə uçotu,mühasibatlıq), ali təhsil - üstünlükdür;
    • 1C proqramı ilə sərbəst işləmək bacarığı;
    • Müvafiq sahədə təcrübə üstünlükdür;
    • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
    • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
    • Komandada işləmək bacarığı;
    • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (rus dillərini bilənlərə üstünlük verilə bilər).

     Əsas vəzifə və öhdəliklər:

    •  Ümumi satış əməliyyatları ilə bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
    • Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
    • Satış prosesinin sistemə işlənilməsi üçün anbar şöbəsi ilə mütəmadi danışıqların aparılması;
    • Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
    • Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
    • Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
    • Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
    • Müştəri sifarişlərinin, sifariş dəyişikliklərinin və geri qaytarılmış məhsulların 1 C proqramında yazılması;
    • Yeni məhsul kodlarının sistemə daxil edilməsi;
    • Müştəri məlumatlarının sistemə daxil edilməsi.

     İş şəraiti:

    • Həftə ərzində 6 günlük iş qrafiki.
    • İş saatı: 10:00-19:00
    • Əməkhaqqı 600-700 AZN
    • Yaş həddi : 22-35


    Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə CV-lərini e-mailin mövzu hissəsində “Əməliyyatçı” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər. Əks halda göndərilmiş CV qəbul olunmayacaq.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    CVniz yükləndi
  • “Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.
    Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.

    Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən korporativ satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.

    Şirkət “Korporativ satış təmsilçisi” vəzifəsinə vakansiya elan edir.

    Vəzifə öhdəlikləri:

    • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi;
    • Korporativ müştərilərin, dizaynerlərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
    • Şirkətlər ilə görüşlər keçirilməsi, şirkət məhsulları ilə bağlı təqdimatların aparılması, bazardakı yeni layihələr haqqında məlumatların toplanması;
    • Şirkətin yenilikləri barədə müştərilərin davamlı olaraq məlumatlandırılması;
    • Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
    • Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;

    Namizədə dair tələblər:
    • Ali təhsil;
    • 22-40 yaş həddi;
    • Minimum 2 il korporativ satış sahəsində iş təcrübəsi olmalı;
    • Kollektivlə işləməyi bacarmalı;
    • Korporativ satışın texnikalarını üsul və tətbiqi qaydalarını bilməli;
    • Analitik təhlil qabiliyyətinə sahib olmalı; • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli; • İşgüzar ünsiyyət və danışıqlar aparılması bacarıqlarının olması;
    • MS Office proqramları biliyi;

    Əlavə məlumat:

    - İş qrafiki: 10:00-19:00
    - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

    Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Korporativ satış təmsilçisi”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    CVniz yükləndi
  •  “Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çilçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil,yataq örtükləri və hədiyyə aksessuarları  brendlərinin təmsilçisidir.

    Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.

    Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.

    Şirkət “Divar kağızları - satış təmsilçisi” vəzifəsinə vakansiya elan edir.

     Tələblər:

    • Premium seqmentdə divar kağızları sahəsində ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
    • Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti;
    • MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
    • Komandada işləmə bacarığı;
    • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
    • Satış texnikası haqqında biliyin olması;
    • Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
    • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.

     Vəzifə öhdəlikləri:

    • Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
    • Texniki ölçü bilgiləri, divar kağızlarının çatdırılmasında iştirak və vurulmasına nəzarət;
    • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
    • Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
    • Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
    • Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
    • Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
    • Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
    • Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
    • Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
    • Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
    • Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
    • Sərgilərdə və iş görüşlərində iştirak;

     Şərtlər:

    -AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;

    -Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün

    -İş saatı ( növbəli): 10:00-18:00; 10:00-20:00

     

    Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Çılçıraq ”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    CVniz yükləndi
CV-nizi bizə göndərin

  • CVniz yükləndi