Shape the Light

Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi

4 aprel tarixində Collezione Italia-da “Shape the Light” adlı xüsusi workshop təşkil olunub. Tədbir Collezione Italia və Aromas Del Campo — İspaniya mənşəli çilçıraq brendinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Workshop çərçivəsində ölkənin aparıcı interyer dizaynerləri bir araya gəlib. Tədbirə ümumilikdə 40-a yaxın dizayner dəvət olunub, onlardan 16 nəfəri isə lotodrom vasitəsilə keçirilən püşkatma əsasında seçilərək aktiv iştirak hüququ qazanıb.

Seçilmiş iştirakçılara Aromas Del Campo brendi tərəfindən təqdim olunan çilçıraqlar üzərində işləmək imkanı yaradılıb. Dizaynerlər hər biri öz fərdi yanaşmasını və yaradıcılıq baxışını əks etdirən eskizlər hazırlayıb, məhsullar üzərində bədii işləmələr həyata keçiriblər. Workshop dinamik və interaktiv mühitdə keçərək iştirakçılar üçün həm təcrübə, həm də yaradıcılıq platforması rolunu oynayıb.

Tədbir interyer dizaynerləri, beynəlxalq brend və yerli təmsilçi şirkət arasında əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Workshop-un sonunda Aromas Del Campo brendinin bölgə üzrə koordinatoru Oksana Sukhoviy-Polukhina çıxış edərək Collezione Italia haqqında müsbət fikirlərini bölüşüb. O, Collezione Italia-nı ölkənin aparıcı lüks interyer mərkəzlərindən biri kimi qiymətləndirərək, əməkdaşlıqdan məmnunluğunu ifadə edib və Aromas Del Campo brendinin Azərbaycanda tanınmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

“Shape the Light” workshop-u Collezione Italia-nın interyer dizayn sahəsində innovativ təşəbbüslərə açıq olduğunu və beynəlxalq — xüsusilə Avropa brendləri ilə əməkdaşlıqda aktiv rol oynadığını bir daha nümayiş etdirib.