Milldue

Milldue Arredi S.p.A. 1976-cı ildən bəri vanna otaqları mebeli sənayesində daimi tədqiqatları,məhsullar sahəsində yeniliklərə olan maraqları, texniki və stilistik həllərinə olan meylləri nəticəsində aktiv fəaliyyət göstərir. Milldue müasir, fərqli zövqlərin arasında seçilən və bazarın müxtəlif seqmentlərində təqdim olunan 9 kolleksiyaya malikdir. Vanna otağı mebelinin istehsalçısı kimi yaradılan Milldue illər ərzində hamam otağının kreativ fəlsəfəsini inkişaf etdirmiş və öz fəaliyyətini elegant hamam mebeliylə yanaşı, əlüzyuyanların, vannaların və duşların texniki planlaşdırılması və dizaynı sahəsində genişləndirmişdir. Şirkət uzun müddətdir ki, hər mərhələdə keyfiyyətə önəm verən, qədim dünya sənətkarlığını sektorda qabaqcıl texnoloji sənaye həlləri ilə birləşdirən ciddi istehsal sisteminə malikdir. Müştəriyə 100% mükəmməllik simvolu olan “İtaliya istehsalı” məhsulunu təqdim etmək üçün bütün istehsalat prosesini əvvəldən sona kimi ciddi şəkildə idarə edir.