ImolaCeramica

ImolaCeramica, memarlıq və interyer dizaynında ən son tendensiyaları əks etdirən və geniş çeşidli döşəmə və divar plitələrini dizayn və istehsal edən Cooperativa Ceramica d’Imola markasıdır. Evlər, eləcə də müasir nəhəng binalar üçün istehsal edilən keramik plitələr, onların cəlbedici görünüşüylə yanaşı, həm də praktik olması istənilən üslubun, istər klassik, istərsə də kəndsayağı, milli və müasir üslubların tələblərinə cavab verəcək imkanlara sahibdir. Bu plitələr yaradıclığı, keyfiyyəti və “İtaliya istehsalı” həssaslığını özündə əks etdirir. Kolleksiyalar həm ailənin rahatlığını, həm də müasir dizaynerlərin və dizayn studiyalarının yaradıcılığını reallaşdırmaq üçün daim genişlənir. Müxtəlif ideyalar və fikirlər formalaşaraq, vahid marka – ImolaCeramica – adı altında həyata keçirilir.