Collezione Italiada ekskluziv kolleksiya təqdimatı - Gianfranco Ferre Home

Aprelin 5-də Collezione Italia şourumunda Azərbaycanda eksklüziv brendin yeni kolleksiyası - Gianfranco Ferré Home təqdim olundu.

Qapalı keçən tədbirə 150-yə yaxın dizayner və xüsusi qonaqlar dəvət olunub. 
Estetik emosiyalardan ilhamlanaraq yaradılmış yeni kolleksiya Salone del Mobile Milano 2019 sərgisindən öncə Azərbaycanda Collezione Italia şorumunda təqdim edilməsi böyük marağa səbəb olub.

Tədbirdə xoş və şən atmosfer yaratmaq üçün zəngin bir proqram təşkil edilmişdir - təntənəli furşet, müxtəlif içkilər və canlı musiqi. Səhnədə qonaqlar üçün gənc və çox istedadlı ifaçı - Dihaj ifa etdi.