Artesi

Artesi 1990-cı ildə Sacile (PN) şəhərində yaranmışdır. Mebel sahəsindəki ənənələrə sadiq qalaraq, 100% “İtaliya istehsalı” mebelini hazırlayır və satış missiyasını həyata keçirir. Şirkət öz yaradıcılığında ənənələri və təcrübəni birləşdirir, lakin son dəbə də diqqət yetirir. O, öz gücünü materialların keyfiyyətinə və ətraf mühitin mühafizəsi, enerji qənaətinin normalarına uyğun olan istehsalat prosesinin nəzarətinə sərf edir. Mükəmməl texniki bilikləri və yeni dəbin, formaların daima axtarışında olmağı Artesi-yə təkcə İtaliya bazarında deyil, həm də xarici bazarlarda rəqabətəlayiq olmağa imkan verir.
Artesi-nin məhsulları müştərilərin istəklərinə diqqət yetirərək, onların axtardıqları yüksək keyfiyyətlə funksionallığın bir arada olmasını əks etdirir. Marka ilbəil inkişaf edərək, qabaqcıl məhsullar təklif etməyə davam edir.
Artesi-nin yaradıcılığı klassikadan dizayna, minimalizmdən daha mürəkkəb üsluba qədər dəyişə bilir. Bununla bərabər hər bir məhsulu özünəməxsus etmək imkanı da bağışlayır. Hansı üslubun təklif olunmasına baxmayaraq, Artesi-nin kreativ həlləri hamam otağını qeyri-adi atmosferə malik məkana çevirir.