Вакансии

  • “Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün hazırda “Doorman” vəzifəsinə işçi qəbulu elan edir.

     Namizədə dair əsas tələblər:

    • Boy: 170 sm-dən yuxarı;
    • Cinsi: Kişi
    • Təhsil: Ali və ya orta
    • Azərbaycan(sərbəst), rus(orta) səviyyədə bilmək
    • Xoş xarici görkəm;
    • Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

     

    Əsas vəzifə və öhdəliklər:

    • Gələn bütün müştəriləri və qonaqları xoş gülərüz ilə qarşılamaq, yola salmaq;
    • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;
    • Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
    • İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
    • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
    • Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

     

     İş şəraiti:

    • Əmək haqqı: 300 Azn
    • İş qrafiki: 10:00-dan 15:00-dək, 15:00-dan 20:00-dək
    • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
    • Korporativ nömrə ilə təmin olunma.
    • Təcrübə artımı imkanları.

     

    Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Doorman” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    Ваше резюме загружено
  • "Collezione Italia" fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün hazırda Barista vəzifəsinə işçi qəbulu elan edir.

     Namizədə dair əsas tələblər:

    • Cinsi: Kişi və qadın
    • Təhsil: Ali və ya orta
    • Azərbaycan, rus (sərbəst) səviyyədə bilmək
    • İş təcrübəsi: Min. 1 il
    • Səliqəli və xoş xarici görkəm;
    • Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

     

    Əsas vəzifə və öhdəliklər:

    • Gələn bütün qonaqları xoş gülərüz ilə qarşılamaq;
    • Müxtəlif növ çay, qəhvə, isti və soyuq içkiləri hazılamaq;
    • Sifarişi qəbul edərkən xırda detallara diqqət yetirmək(isti, soyuq içkilərin, qəhvə və meyvələrin növü, südün, şəkərin, buzun miqdarı və s.)
    • Sifarişin əl və ya aparat vasitə ilə hazılanma bacarığı;
    • İşlədiyi avadanlıqları, məhsulları, qabları və fincanları təmiz saxlamaq.
    • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;

     

    İş şəraiti:

    • Əmək haqqı və iş qrafiki: Razılaşma yolu ilə
    • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

     

    Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Barista” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    Ваше резюме загружено

логин

Введите адрес электронной почты и пароль.

Регистрация

Введите адрес электронной почты и пароль.

Я забыл свой пароль

Введите адрес электронной почты и пароль.