Collezione Italia “Baku Design Talk”da iştirak etdi.

13 mart tarixində “Baku Design Talk” təşkilatçılığı ilə Azərbaycan üçün vacib sayılır tikililərin memar və interyer dizaynerləri öz təcrübələrini qonaqlarla bölüşdü. Flame Towers, Şərq bazarı və s. kimi binaların qurulma prosesləri, tikinti zamanı diqqət edilən özəllikləri bu sahəyə marağı olanlara izah edildi. Flame Towers daxilində - Fairmont Otel məkanında baş tutan tədbirin əsas tərəfdaşlarından biri də Collezione Italia şirkəti idi. Collezione Italia, məkanı öz lüks mebel və aksesuarları ilə daha da zənginləşdirdi. Bu kimi maarifləndirici və əhəmiyyətli tədbirlərin sektorun inkişafı üçün daha çox olması vacibdir.