Albertini

1954-cü ildə Albertini ailəsi Veronanın kənarında kiçik bir emalatxanada taxta pəncərə, qapı və darvazalar düzətməyə başladılar. Özü istedadlı sənətkar olan təsisçi qərara gəldi ki, yaratdığı kiçik sənətkarlardan ibarət qrupu ilə birlikdə istehsal olunan məhsulun miqdarına yox, onun keyfiyyətinə daha çox diqqət yetirilsin. Tezliklə gənc şirkət qurulduğu vilayətdə məşhur olur. Bugün Albertini brendi, pəncərə və qapı sektorunda mühüm bir etiketi təmsil edərək, təkamülü, texnologiyanı və həyat tərzini əks etdirən bir brendə çevrilmişdir.