“Uzun sözün qısası” adlı layihəyə start verildi

Collezione Italia şirkəti ölkənin öz sahəsində aparıcı, təcrübəli və peşəkar dizaynerləri ilə birgə yeni bir layihəyə start verdi. “Uzun sözün qısası” adlı layihənin əsas məqsədi ondan ibarətdir ki, ixtisaslaşmış interyer dizaynerlər evini, ofisini yeni təmirə başlayacaq şəxslərə öz tövsiyələrini və məsləhətlərini verirlər.

Layihənin faydalılıq tərəflərindən biri də odur ki, müsahibə verən hər dizayner daha çox bir istiqamətdə ixtisaslaşıb. Məsələn, qapı-parket, mətbəx, santexnika, mebel və s. Ona görə də görüntülər hər sahəni əhatə etdiyi üçün videoları izləyənlər bütün suallarına cavab tapacaqlar.

Həftədə 1 dəfə, ayda 4 dəfə yayımı olmaqla layihənin ilkin olaraq 4 ay davam etməsi planlaşdırılıb. Gedişatdan asılı olaraq bu müddət dəyişə də bilər.

Rəqəmsal platformalar üçün nəzərdə tutulmuş “Uzun sözün qısası” layihəsi adından da məlum olduğu kimi videoları daha qısa və lokanik olaraq öz izləyicilərinə çatdırmağı üstün tutur ki, az müddətə daha çox informasiya əldə olunsun.

Videoları şirkətin Youtube kanalından izləyə bilərsiniz - https://www.youtube.com/watch?v=zBLN0aISJfQ