Uşaqlar hər zaman bizim gələcəyimiz və qayğımızın əsas mənbəyidir!

Collezione Italia şirkətinin yarandığı gündən ən başlıca fəlsəfəsi, alıcılarına keyfiyyətli xidmət göstərmək, onunla paralel isə korporativ sosial məsuliyyət layihələri çərçivəsində ehtiyacı olan insanlara yardım etmək və onların qayğısına qalmaqdır.

Şirkət fəlsəfəsinə sadiq qalaraq bu dəfə də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı diqqət və qayğıya möhtac əlilliyi olan uşaqlar evinə dəstək göstərib.

Görülən işlərin bir çoxu konfidensiallıq məqsədilə gündəmə gətirilməsə də, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı edilən bu aktivliyi insanlar arasında olan yardımsevərlik emosiyasını aşılamaq və daha da artırmaq məqsədilə paylaşmaq qərarına gəldik.

Uşaqlar hər zaman bizim gələcəyimiz və qayğımızın əsas mənbəyidir!