Collezione Italia – Lüks seqmentində ilin aparıcı interyer şourumu

29 fevral 2020-ci il tarixində "Buta Palace"da 2019-cu ilin yekunları üzrə "Azeri Business Award" Milli Mükafatının təqdimat mərasimi keçirilmişdir.

Mükafat milli biznesin yeni simasını formalaşdıran Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil - iştirakçının fəaliyyətinin artım tempidir.

Beləliklə, 2019-cu ilin yekunlarına görə "Lüks seqmentində ilin aparıcı interyer şourumu" nominasiyasında "Collezione Italia" şirkəti "Azeri Business Award" mükafatına layiq görülmüşdür.

Mükafatı almaq üçün səhnəyə "Collezione Italia" şirkətinin baş icraçı direktoru Adnan Büyükkurt çıxmışdır. Öz çıxışı zamanı:

«Belə bir əhəmiyyətli mükafata görə Business Time jurnalına və bu tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Collezione Italia şirkətinin böyük uğur qazandığı və əlbəttə ki, bu mükafata layiq görüldüyünə görə əziz müştərilərimizə və əməkdaşlarımıza xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, bütün şirkətlər gələcək işlərində inkişaf etsin və belə bir uğurlara nail olsunlar» - deyilmişdir.

2009-cu ildə təsis edilmiş "Azeri Business Award" biznes sahəsində Milli mükafatın təqdim edilməsi mərasimi Azərbaycanın biznes sahəsində ən nüfuzlu tədbirlərindən biridir. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə qoyur, milli biznesin yeni imicini yaradır, həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir.